"Sülh Şurası BMT qədər vacibdir"
11.02.2026

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Zvarnots aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Sülh Şurası ilə bağlı deyib ki, gələn həftə keçiriləcək iclasda iştirak edəcək və bu qurum "BMT qədər vacibdir".

"Fikrimcə, elə bir infrastruktur yarada bilər ki, illər boyu xeyli davamlı sülh sazişlərin əldə olunmasına aparar", – Vens Sülh Şurası barədə deyib.

Fevralın 19-da Vaşinqtonda prezident Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk iclası keçiriləcək.

Azərbaycanda erməni məhbusların məsələsini qaldırıb-qaldırmayacağına dair suala cavabında isə "Bu, mütləq baş verəcək" deyib.

visiontv.az