İran İslam Respublikası Ermənistanla yaxşı əlaqələrə malikdir. İran parlamenti erməni azlığının üzvlərinə üç yer ayırıb. Bu ilin əvvəlində hər iki tərəf birgə hərbi təlimlər keçirib. Hər iki ölkə Türkiyə və Azərbaycanın regionda güclənməsindən ehtiyatlanır.
Ermənistanın Amerika Universitetinin İran üzrə mütəxəssisi Alen Şadunts “Middle East Eye”a deyib: "Status-kvo İrana çox xeyir verir". “İran hazırda Azərbaycanla Naxçıvanı birləşdirən yeganə ölkədir”.
İndi birbaşa quru əlaqəsi olmadığından Azərbaycanın yük maşınları eksklava çatmaq üçün İrandan keçməlidir. Azərbaycan həm də Naxçıvana elektrik enerjisinin verilməsində İrandan asılı vəziyyətdədir. Bu amil Soyuq Müharibə başa çatdıqdan sonra İranın Azərbaycana qarşı istifadə etmək üçün təzyiq vasitəsidir.
"Sərhəd açılsa, İran uduzacaq", - Şadunts deyib. "Artıq İsrailin Azərbaycanda olması ilə bağlı müəyyən şübhələr var. Əgər Amerika şirkəti gəlib dəhlizi icarəyə götürsə, İran bunu mühasirəyə alınmaq kimi qiymətləndirməli olacaq".
Mən uzun illərdir ki, deyirəm: Azərbaycan və Türkiyə Ermənistanı qanırıb Rusiya və İranın əlindən almalıdır. Düzdür, Ermənistan balaca ölkədir. Ancaq bu balaca ölkə böyük işlərə yarıyır...
Elbəyi Həsənli
visiontv.az