Statistik məlumatları açıqlasa, iclas zalından kənarda onu gözləyən şəxslər var
06.08.2026

İran Milli Elitalar Assosiasiyasının sədri, biznes idarəçiliyi və tikinti idarəçiliyi üzrə doktor dərəcələrinə malik Dr. Əbuzər Şəhpəri çıxış etdiyi konfransda İran rejiminin hakimiyyət qurumlarının fəaliyyət göstəriciləri və məşğulluq statistikası ilə bağlı məlumatları açıqlayarkən, SEPAH Kəşfiyyat Təşkilatı ilə əlaqəli olan bir şəxs ona yaxınlaşaraq xəbərdarlıq edib.

Həmin şəxs Şəhpəriyə deyib ki, bu statistik məlumatları açıqlamağa davam edərsə, iclas zalından kənarda onu gözləyən şəxslər var və çıxışdan sonra onu torbaya basıb aparacaqlar.

Dr. Əbuzər Şəhpəri bu təhdidi iştirakçılara açıqlayaraq bildirib: “Mənə dedilər ki, bu rəqəmləri açıqlamağı dayandırmasam, çıxışdan sonra məni aparacaqlar. Buna baxmayaraq, mən çıxışımı davam etdirəcəyəm.”

visiontv.az