“Stadiumda bir oturacaq mənim haqqımdır” kompaniyasına start verilib
29.03.2024

Qadın azarkeşlərin yarışlarda tamaşaçı qismində iştiraklarının təmin edilməsi tələbi ilə Traktor azarkeşləri tərəfindən “stadiumda bir oturacaq mənim haqqımdır” kompaniyasına start verilib.

Bu barədə Azərəncümən xəbər portalı sosial şəbəkələrdə kompaniyaya başlandığını yazıb. 

Belə ki, FIFA tərəfindən İranın Futbol Federasiyasına təzyiqləri nəticəsində bir sıra şəhərlər, o cümlədən Sircan, Ənzəli, Rəfsəncan və sairədə qadın azarkeşlərin futbol yarışlarında izləyici kimi iştirakına icazə verilib. 

Lakin Təbriz, İsfahan və Əhvaz kimi meqa şəhərlərdə hələ də bu məsələ gerçəkləşməyib. 

Həmin səbəbdən Güney Azərbaycanın Traktor Futbol Komandasının azarkeşləri traktorçu qadınların iştiraklarını dəstəkləmək məqsədi ilə onların  iştiraklarının təmin olunmasını tələb ediblər. 

Məlumata əsasən Traktorun evsahibliyi etdiyi yarışlarında qadınların iştirakı tələb olunub. 

Həmçinin Portalın bildirməsinə istinadən qadınların satadiumlarda iştiraklarını önəmli məsələ kimi ilk olaraq Traktor azarkeşləri qaldırıblar. 

visiontv.az