Şərqi və Qərbi Azərbaycan əyaltlərinin mərkəzləri bombalanıb
05.03.2026

Təbrizə edilən hava hücumları nəticəsində şəhərin elektrik enerjisi paylaşımında problemlər yaranıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, xüsusən Lalə şəhərciyi, Fəcr və Lalə bölgələrində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.

Bununla yanaşı ABŞ və İsrail hərbi hava qüvvələri Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinə də yenidən havadan zərbələr endiriblər.

Məlumata görə, şəhərin İmam Əli bulvarı (Qoyun körpüsü) bir neçə dəfə bombalanıb.

Eyni halda Urmunun "Arteş" küçəsində yerləşən dövlət obyeklərinin də 4 raketlə vurulduğu qeyd olunub.

Yerli mənbələr Urmunun Polis Komandanlığının kəşfiyyat bölməsinin də zərbələrə məruz qaldığını bildiriblər.

Həmin ərazinin bir neçə dəqiqə ərzində dəfələrlə hədəf alındığı, şəhər üzərində İsrail qırıcıları və PUA-larının uçduğu bildirilib.

visiontv.az