Sərgi cəmiyyəti pornoqrafik cəmiyyətdir
07.01.2025

Sərgi cəmiyyətində hər bir şey özünün reklam obyektidir. Hər şey özünün sərgi dəyəri ilə ölçülür. Sərgi cəmiyyəti pornoqrafik cəmiyyətdir. Hər şey ifşa edilir, üzə çıxarılır, çılpaqlaşdırılır, özündən soyulur.

Sərgiləmə ehtirasının hədsizliyi hər şeyi “bütün sirlərini arındıraraq dərhal istehlak edilən" əmtəəyə çevirir. Kapitalist iqtisadiyyatı hər şeyi nümayiş olunmaq zərurətinə tabe edir. Yalnız sərgilənməyə xidmət edən səhnələşdirmədir dəyər yaradan, bütün fərdiliklər qurban verilir.

Şeylər qaranlıqda yox, həddindən artıq işıqda yox olmağa başlayır: “Ümumiyyətlə, görünən şeylər qaranlıqda və ya səssizlikdə yox olmur, onlar görünəndən daha çox görünəndə yox olurlar: lütlənəndə”.

Porno təkcə sevgini deyil, seksuallığı da məhv edir. Pornoqrafik sərgiləmə cinsi həzzin yadlaşmasına səbəb olur. Cinsi həzzalmanı qeyri-mümkün edir. Seksuallıq qadının həzz nümayişi və kişinin performans sərgiləməsi şəklində məhv olur. Sərgilənən və göstərmək üçün yaşanan həzz, həzz deyildir.

Sərgilənmək və nümayiş etdirmək zərurəti bədənin özünün özünə yadlaşmasına gətirib çıxarır. Bədən optimallaşdırılacaq bir sərgi obyekti kimi əşyalaşır. Belə bədəndə yaşamaq mümkün deyil. Onu nümayiş etdirmək və beləliklə də istismar etmək lazımdır.

Sərgiləmək istismarçılıqdır.

Sərgiləmək öhdəliyi yaşamaq üçün ehtiyacı aradan qaldırır. Dünyanın özü bir sərgi salonuna çevrilibsə, artıq yaşamaq üçün yer olmaqdan uzaqlaşıb. (İnsan) diqqət kapitalını artırmaq üçün yaşayış yerini (öz bədənini) reklama qoyur. Yaşamaq demək, ilk növbədə, “dinc olmaq, huzur içində olmaq” deməkdir. Sürəkli sərgiləmək və performans göstərmək məcburiyyətinin daimi təzyiqi bu mənəvi-psixoloji asayişi təhdid edir".

Bu fikirləri çağımızın mövzularını araşdıran filosof Bön Çul Xanın "Şəffaflıq cəmiyyəti" kitabından çevirmişəm. Yığışıb bu adamın başına ağıl qoyaq deyə.

Aqşin Yenisey

visiontv.az