Rusiya hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə yoxdur
08.01.2025

Hazırda gündəmdə Rusiya hərbi bazası haqqında müqavilənin dəyişdirilməsi məsələsi yoxdur.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.

Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılmasının mümkünlüyü barədə danışan Ararat Mirzoyan qeyd edib ki, “belə bir məsələ gündəmdə yoxdur”.