Dünən Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri Lalə Sərdarlı təmsil etdiyi təşkilatın adından Azərbaycanda tarixi keçmişimizə söykənən zəngin milli mədəni irsimizin ləyaqətlə qorunması, öyrənilməsi və təbliğ edilməsi işinə verdikləri gərəkli töhvələrə görə "Xəzər" Muzey Mərkəzinin həmtəsisçisi Sevda Abdullayevanı, adıçəkilən muzeyin yaradıcısı və direktori Siyavuş Əlizadəni Fəxri Fərmanla təltif etmiş, onlara ictimai birliyin fəxri üzvlük vəsiqələrini təqdim etmişdir.
Daha sonra müəllifi Sərdarlı ailəsi olan "Turan yolu, Zəngəzurum" kolleksiyasına daxil olan " Tarazlıq təntənəsi" adlı əsər (mücrü) "Xəzər" Muzey Mərkəzinə hədiyyə edilmişdir. Adı çəkilən kolleksiya 1 sandıq, 1 sandıqça, 5 mücrü və 2 zinət əşyasından ibarətdir. Əsərlərə ölkəmizin müvafiq qurumları, Azərbaycan Milli İncəsənət Muzeyındə, Millı Xalçaçılıq Muzeyində fəaliyyət göstərən komissiyalar rəy və uyğun sənədlər vermişlər. Bir daha bu gözəl muzeyin var olmağı münasibətilə bütün xalqımızı təbrik edirik!
visiontv.az