SEPAH rəsmisi: “Niyə hələ də Hörmüzdə döyüşürsünüz?”
10.09.2026

SEPAH-ın “Bəsic” təşkilatının rəhbəri Hüseyn Taib ABŞ prezidenti Donald Trampın İran Silahlı Qüvvələrinin məhv edilməsi ilə bağlı açıqlamasını tənqid edib.

Taib Trampa müraciətlə bildirib ki, əgər ABŞ İranın donanma və hərbi hava qüvvələrini məhv edibsə, o zaman amerikalı qüvvələrin hələ də Hörmüz boğazında mübarizə aparmasının səbəbi aydın deyil.

“Əgər siz bizim donanma və hava qüvvələrimizi məhv etmisinizsə, niyə hələ də Hörmüz boğazında döyüşürsünüz? Əgər onu məhv etmisinizsə, onda niyə hələ də döyüşürsünüz? Hörmüz boğazına nəzarəti ələ keçirmək üçün? Niyə bu mənzərəni nəzarətə almaq üçün mübarizə aparırsınız?”, – Taib deyib.

visiontv.az