SEPAH generalı etiraf etdi: İran Suriyada “çox pis məğlub oldu”
10.01.2025

Bir neçə həftədir ki, İran rəsmiləri Suriyadakı müttəfiqinin süqutunun İran üçün mühüm olmadığını göstərməyə çalışırdılar. Lakin SEPAH generalı İrana vurulan zərbə və onun ordusunun perspektivləri barədə olduqca “səmimi” fikirlər irəli sürüb.

GünazTV "New York Times"-a istinadən xəbər verir ki, İranın Suriyadakı yüksək rütbəli generalı Bəşər Əsədin qəfil devrilməsi ilə bağlı İran liderlərinin tutduğu rəsmi mövqeyə ziddiyyət təşkil edərək, keçən həftəki çıxışında deyib ki, İran böyük məğlubiyyətə uğrayıb, lakin yenə də Suriyada fəaliyyət göstərməyə çalışacaq.

Keçən həftə SEPAH generalı Behruz Esbatinin Tehran məscidində verdiyi nitqin səs yazısı İran mediasında yayıldı və İran prezidenti, xarici işlər naziri və digər yüksək səviyyəli liderlərin açıqlamaları ilə tamamilə ziddiyyət təşkil etdiyi aydın şəkildə eşidilir. Cenevrədə yerləşən "Abdi Media" xəbər saytı General Esbatinin səs yazısını dərc edib. “Mən Suriyanı itirməyi qürurlanacaq bir şey hesab etmirəm. Biz məğlub olduq və çox pis məğlub olduq, çox böyük zərbə aldıq və bu prosses bizim üçün çox çətin oldu”- səs yazısında qeyd olunub.

Aleppo Has Fallen, Assad's Forces Regrouping As Rebels Blitz South

General Esbati, Əsədin devrilməsinə başqa bir səbəb də onun İranla münasibətlərinin son aylarda gərgin olması kimi izah edib. General əlavə edib ki, Suriya lideri İranın dəstəklədiyi silahlılarının Suriyadan İsrailə qarşı cəbhə açması ilə bağlı çoxsaylı tələbləri rədd edib.

Onun sözlərinə görə, İran nümayəndələri Əsədə İranın Suriyadakı hərbi resurslarından İsrailə hücum etmək üçün necə istifadə edə biləcəyinə dair hərtərəfli hərbi planlar təqdim edib.

General həmçinin Rusiyanı İranı çaşdırmaqda ittiham edib. O iddia edib ki, Rusiya nümayəndələri İrana bildiriblər ki, üsyançıları bombalayaraq onları zərərsizləşdirirlər. Əslində isə Rusiya təyyarələri həmin bombaları Suriyanın boş ərazilərinə atıb. O, həmçinin bildirib ki, ötən il İsrail Suriyadakı İran hədəflərini vurarkən Rusiya “radarları söndürüb” və əslində bu hücumlara şərait yaradıb.

Qeyd edək ki, on ildən artıqdır ki, İran Əsədə müxalif üsyançılara qarşı mübarizədə kömək etmək üçün komandirlər, maliyyə yardımı və texnika yardımı göndərib.

visiontv.az