SEPAH-a bağlı media qurumu Pezeşkianın internetə çıxışı bərpa etmək addımını dəstəkləyib
27.05.2026

İranın SEPAH-a bağlı Fars agentliyi Prezident Məsud Pezeşkianın beynəlxalq internetə çıxışın bərpası qərarını dəstəkləyərək bunu kibertəhlükəsizlik şəraitinin yaxşılaşması fonunda “gec ya tez” həyata keçiriləcək zəruri “texniki və təhlükəsizlik” addımı olduğunu bildirib.

Agentlik bildirib ki, məhdudiyyətlər internet üzərindən casusluğun qarşısını almaq və kiberhücumlar zamanı kritik infrastrukturu qorumaq məqsədilə tətbiq edilmişdi.

Fars agentliyi həmçinin qərarın qəbul olunma qaydası ilə bağlı tənqidlərə cavab verərək, rəsmilərin hüquqi prosedurları pozması və ya Ali Milli Təhlükəsizlik Şurasından kənarda “paralel şura” yaradılması iddialarını rədd edib.

Agentlik qeyri-adi dərəcədə sərt ifadələrlə bəzi islahatçı media qurumlarını “milli birliyi” təşviq etmək əvəzinə, internetə çıxışın bağlı olmasından siyasi qazanc əldə etməyə çalışmaqda ittiham edib.

visiontv.az