Rusiya "Şimal Axını 2" qaz kəmərinin partladılmasında yalnız ukraynalılardan şübhələnmir
30.01.2026

Rusiya "Şimal Axını 2" qaz kəmərinin partladılmasının arxasında yalnız ukraynalıların dayandığı versiyasına inanmayacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Rusiya "Şimal Axını 2"nin partladılması ilə bağlı ədalətli və açıq araşdırma tələb edir.

Visiontv.az