Quba TDT-nin Kənd Təsərrüfatı paytaxtı elan olunub
26.09.2023

Quba şəhəri Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı paytaxtı təyin olunub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı üzrə məsul nazirlərinin 2-ci iclası ilə bağlı keçirilən brifinqdə bildirib.

Növbəti Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin görüşünə qədər Quba şəhəri paytaxt olaraq qalacaq.

Qeyd edək ki, növbəti görüş Qazaxıstanda baş tutacaq.