Son onilliklərdə Qloballaşma adlı yeni trend bütün dünyada ticarət maneələrinin aradan qaldırılması, malların və kapitalın sərbəst hərəkəti - artım, ucuz mallar və ölkələrin yaxınlaşması vəd edirdi.
Lakin sonda nə gördük?
Bu gün Qloballaşmanın iflasını görürük: fabriklərin inkişaf etmiş ölkələrdən Çinə və digər Asiya ölkələrinə köçürülməsi ABŞ iqtisadiyyatını silkələyir, Avropa iqtisadiyyatını isə çökdürür. Tarif və ticarət müharibələri, geosiyasi rəqabət dünyanı rəqib bloklara bölür. Dünya yenidən kiçilir, qütbləşir. Qloballaşma anti-Qlobalizasiya ilə yekunlaşır...
Harvard Universitetinin iqtisadiyyat professoru Oleq İtsxoki bu kitabında məhz bu kimi aktual məsələlərə toxunur.
Bəybala Mirzəyev
visiontv.az
