İran məhkəmə sistemi İsrail və digər düşmən dövlətlərin adından ölkəyə qarşı fəaliyyət göstərməkdə ittiham olunan şəxslərə məxsus 240 aktiv və daşınmaz əmlakın müsadirə edilməsinə qərar verildiyini açıqlayıb.
Məhkəmə sisteminə bağlı Mizan News xəbər agentliyinin məlumatına görə, görülən tədbirlər çərçivəsində Tehranda 143 daşınmaz əmlak müsadirə edilib.
Hakimiyyət həmçinin 182 bank hesabını dondurub və şübhəli şəxslərlə əlaqəli daha 2 mindən çox bank hesabı barədə məlumatın Mərkəzi Bankdan təqdim edilməsini istəyib.
Məlumatda ittiham olunan şəxslərin adları açıqlanmayıb və irəli sürülən ittihamları təsdiqləyən hər hansı sübut təqdim edilməyib. Bildirilir ki, bir neçə cinayət işi üzrə araşdırma başlanıb. Bəzi işlər üzrə ittiham aktları hazırlanıb və ya məhkəmə qərarları çıxarılıb, digərləri isə hələ də araşdırılır.
visiontv.az