Qəhrəmanmaraşda Azərbaycanın inşa edəcəyi şəhərciyin son parametrləri müəyyən edilir
07.09.2023

Türkiyənin Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edərkən deyib.

“Yaxın zamanlarda biz inşaata başlayacağıq”, - dövlət başçısı bildirib.