Polad Həşimovun xatirəsinə həsr olunan ciu-citsu üzrə turniri keçirilib - FOTO/VİDEO
Videonu Aç
01.08.2022

Milli qəhrəman, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan ciu-citsu turniri keçirilib. Yarışdan öncə baş tutan açılış mərasimində ciu-citsu federasiyasının üzvləri ilə yanaşı, Milli qəhrəmanımızın anası Səmayə Həşimova da iştirak edib.

Tədbirdə dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

12-14 iyul 2020-ci il Tovuz döyüşlərində şəhid olan general-mayor Polat Həşimovun xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Gürcüstandan 200-ə yaxın idmançı iştirak edib. 

Açılış mərasimindən sonra turnirdən -56, -62, -69, -77, -85, -94 və +94 kiloqram çəki dərəcələrində idmançılar medal uğrunda mübarizə aparıblar. 

Turnirin qalibləri diplom, medal və hədiyyələrlə təltif edildilər.

Visiontv.az