Peruda hakimiyyət dəyişikliyindən cəmi bir həftə sonra yenidən etirazlar başlayıb. 100 mindən çox insan küçələrə axışaraq prezident Xose Yerinin istefasını, pensiya islahatının ləğvini və korrupsiyaya qarşı real mübarizəni tələb edib.
Ən şiddətli toqquşmalar Limada Konqres binası yaxınlığında baş verib: polis gözyaşardıcı qazdan istifadə edib, etirazçılar isə daş və atəşfəşanlıqla cavab veriblər.
Rəsmi məlumatlara görə, iki nəfər həlak olub, 122 nəfər yaralanıb, 11 nəfər saxlanılıb. Paytaxtda fövqəladə vəziyyət elan edilib.
visiontv.az