Pəhləvidən qeyri-fars simvollarına qadağa çaığrışı
13.02.2026

İranın keçmiş şahının oğlu Rza Pəhləvi mitinqlərdə qeyri-fars xalqların simvollarının nümayiş etdirilməməsi və şüarlarının verilməməsi barədə çağırış edib.

Bu barədə onun yaydıı bəyanatında bildirilib.

Bu, bir neçə gün əvvəl Belində müxalif iranlı mühacirlərin keçirdiyi izdihamlı mitinqdə qeyri-fars xalqların simvollarının nümayiş etdirilməsndən sonraya təsadüf edir.

Həmin mitinqdə İranda yaşayan qeyri-fars xalqların, o cümlədən azərbaycanlıların hərəkat simvolları (bayraqları) da qaldırılıb. 

Bu, panfarsist cərəyanın, xüsusən Rza Pəhləviyə yaxın olan media qurumları və təşkilatların qəzəbinə səbəb olub. Bundan sonra Rza Pəhləvi fevralın 14-də Münhen, Los-Anceles və Torontoda keçirilməsi planlaşdırılan mitinqdə başqa bayraqların və simvolların nümayiş etdirilməməsi tələbi ilə bağlı bəyanat yayıb.

visiontv.az