Paşinyan dörd kəndin nə vaxt qaytarılacağını yenə də elan etmədi
Paşinyan dörd kəndin nə vaxt qaytarılacağını yenə də elan etmədi
12.04.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanla Parlamentin iclasında N. Paşinyan çıxış edərək dörd kəndin Azərbaycana qaytarılmasına qarşı olmadığını və delimitasiya-demarkasiya başlanmasını təhlükəsizlik üçün vacib olduğunu qeyd edib. Amma, dörd kəndin nə vaxt qaytarmaq olduğunu vaxtını elan etmədi. Ardınca, Ermənistanın Nerkin kəndi istiqamətində Azərbaycan sərhədçiləri atəşə tutulub və bir həbiçimiz yaralanıb. Bu kənd Rusiya hərbçilərinin məsuliyyət zonasında olmalıdır. Və sərhəddə "Yerkrapa" könüllü hərbi təşkilatı dayanır.

Ermənistan parlamentində Azərbaycanla məsələlər müzakirə edildikdən sonra şərti sərhəddə hərbi təxribatın baş verməsi suallar yaradır. Görünür, Ermənistan ordusunda Rusiyaya bağlı qüvvələr prosesi pozur. Amma, N. Paşinyanda siyasi iradə ortaya qoymur. Hesab edir ki, Qərbdən siyasi və təhlükəsizlik dəstək bir qədər artıqdan sonra Azərbaycana təzyiq edə biləcək. Baş verənlər növbəti aylarda Ermənistanla danışıqların problemli olduğunu, heç bir nəticənin əldə olunmayacğını göstərir.

N. Paşinyan Rusiya ilə bağlı məsələdə problemi dilə gətirməsi əsasən Kremldən Yerevana təzyiqdən irəli gəlir. Moskva Azərbaycanla sülh müqaviləsinin bağlanmasını tez olduğunu, Ermənistana növbəti silahlar göndərəcəyinə söz verib...

Məhəmməd Əsədullazadə

visiontv.az