"İran PKK terroristlərinin sığınacaq yerinə çevrilib" - Türkiyə
04.05.2024

Türkiyyə Cümhuriyyətinin müdafiə naziri Yaşar Gülər CNN Türk xəbər agentliyi ilə müsahibəsində İran tərəfindən PKK terroristlərinə qarşı ciddi yanaşılmadığını deyib.

“İran, İraq və Suriya sərhədlərində terrorizmlə mübarizəmizi davam etdiririk. PKK terroristləri İran sərhəddinə sarı qaçırlar. 

Bu ölkənin qüvvələri onlara qarşı ciddi rekasiya göstərmirlər” nazir CNN-lə müsahibəsində deyib.

Gülər müsahibəsinin davamında əlavə edib: “İraq və Suriya sərhədləri ilə eyni vaxtda İran sərhəddindəki PKK ilə də mübarizə aparırıq. 

Lakin onlar İrana keçirlər. İranlı dostlarımıza terroristlərin sərhəddi keçdiklərini deyirik. Onlar isə baxış keçirdiklərini, ancaq orada heç nə görmədiklərini deyirlər. Belə bir halın yaşanması yaxşı deyil”.

Qeyd edək ki, İran daxili siyasətində PKK terroristlərindən Güney Azərbaycanın maraqlarına qarşı da istifadə edir.

visiontv.az