Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.
Görüş Papuaşvilinin Qırğızıstana rəsmi səfəri çərçivəsində baş tutub.
Tərəflər Gürcüstan və Qırğızıstan arasında dostluq münasibətlərini qeyd edərək ikitərəfli əlaqələrin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə Orta Dəhlizin potensialından tam istifadə edilməsinin əhəmiyyəti xüsusi diqqət mərkəzində olub. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və Anakliya dərin dəniz limanı kimi strateji layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin müvafiq qanunvericilik bazasının formalaşdırılması məqsədilə iki ölkənin parlamentləri arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
visiontv.az