İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq
04.11.2026

İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində olacaq.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat olacaq. İşsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 50 300 000,0 manat 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

visiontv.az