Bizim ən böyük hədəfimiz vahid yanaşmadır. Lisey və gimnaziyalara qəbul sualları təkmilləşdiriləcək.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
Fuad Qarayev bildirib ki, növbəti illərdə qəbul onlayn şəkildə də keçirilə bilər: “Növbəti illərdə qəbul komputerlə keçirilə bilər. Bunun üçün infrastruktur qurulması lazımdır. hazırlıqları yekunlaşdıra bilsək, növbəti ildən bu imtahanlar elektron olacaq".