Norveç səyyahı: Azad edilən ərazilərdə qısa müddətdə bu qədər işlərin görülməsi təqdirəlayiqdir
02.05.2024

Azad edilən ərazilərdə qısa müddət ərzində bu qədər quruculuq işlərinin aparılması çox dərin təsir bağışlayır.

Bunu bu gün azad edilmiş ərazilərə səfər edən Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un heyətində təmsil olunan səyyah Anne-Sophie Redisch deyib.

“Çox qısa müddətdə yolların çəkilməsi, yeni, müasir binaların tikilməsi, infrastrukturun qurulması çox gözəldir. Yerli əhali üçün də, elə bizim üçün yüksək qiymətləndiriləcək bir haldır. Füzulidə maraqlı bir kontrast var – köhnə tikililəri saxlamaq, eyni zamanda yenilərini inşa etmək. Evlərin, infrastrukturun tikilməsinin sürəti çox təqdirəlayiqdir. Bir küçə gördüm, hələ adı yox idi, amma özü hazır idi, yəni işlər həqiqətən də çox sürətlə aparılır. Füzuli Hava Limanının da çox sürətli – cəmi 8 aya tikilməsi çox təsirlidir. Ümid edirəm ki, torpaqlar minalardan təmizləndikdən sonra insanlar Füzuliyə asanlıqla uça biləcəklər”.

visiontv.az