İran sünnilərinin lideri Türkiyəyə getdi
16.05.2024

İranda nüfuzlu sünni din xadimi olan və etniuk bəlucların dini lideri sayılan Moləvi Əbdülhəmid (İsmayıl Zehri) Türkiyəyə gedib.

Bu barədə onun ofisi məlumat yayıb.

Başqa bəluc mənbələr din xadiminin müalicə üçün Türkiyəyə səfər etdiyini yazıb.

Əbdülhəmidin ofisi onun səhhəti ilə bağlı məlumatı təsdiqləməyib, din xadiminin vəziyyətinin yaxşı olduğunu və bir neçə gün sonra Zahidan şəhərinə qayıdacağını bildirib.

Bir müddət əvvəl İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi sünni liderin Məkkəyə nəzərdə tutduğu ziyarətinə mane olub və onun ölkədən çıxışına imkan verməmişdi.

visiontv.az