İsrailin baş naziri Binyamin Netanyahu Tehranın və onun dəstəklədiyi qruplaşmaların oktyabrın 27-də İsraildə keçiriləcək seçkiləri pozmağa cəhd göstərə biləcəyi barədə xəbərdarlıq edib.
"Əlimizdə olan kəşfiyyat məlumatlarına görə, düşmənlərimiz – İran və onun dəstəklədiyi qüvvələr seçkiləri pozmaq məqsədilə hücumlar təşkil edərək bizi sınağa çəkə bilərlər", – deyə Netanyahu oktyabrın 25-də ofisinin yaydığı videomüraciətdə bildirib.
O, Tehrana xəbərdarlıq edərək: "Bizi sınağa çəkməyin. Sizə qeyri-mütənasib zərbələr endiriləcək", – deyib.
ABŞ prezidenti Donald Tramp isə israilliləri Netanyahuya səs verməyə çağırıb. O, oktyabrın 25-də Netanyahunu "görkəmli döyüşçü" adlandırıb.
visiontv.az