Nazir: Estoniya Azərbaycanla Aİ arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər, Tallindən gözləntilərimiz var
27.11.2026

Estoniyanın Azərbaycan-Aİ münasibətlərinə verəcəyi töhfələrlə bağlı gözləntilərimiz var.

Bunu  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

“Bu gün hörmətli həmkarımla keçirdiyimiz müzakirələr zamanı ölkələrimizin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və əməkdaşlığı məsələlərinə toxunduq. BMT, ATƏT və NATO kimi təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq.

Müzakirələrimizin əsas istiqamətlərindən biri isə  Avropa İttifaqı ilə  Azərbaycan arasında dialoq və əməkdaşlıq məsələləri oldu. Estoniya bu istiqamətdə, xüsusilə  Azərbaycan ilə  Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər. Bu sahədə Estoniyadan müəyyən gözləntilərimiz də var”, - nazir qeyd edib.

visiontv.az