Tramp Ukrayna ilə bağlı qərarı dəyişdi: NATO sənədində diqqətçəkən məqam
27.11.2026

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə Ukrayna münaqişəsinə dair ortaq bəyanatın mətnində müstəqil şəkildə düzəlişlər həyata keçirib.

Visiontv.az  xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata əsasən, Mar-a-Laqo iqamətgahında baş tutan danışıqlardan sonra  Ağ Ev və Şimali  Atlantika  Alyansının mərkəzi ofisi rəsmi sənəd dərc edib. Sənəddə Rusiyaya münaqişəni daha da genişləndirəcək addımlardan çəkinmək və ən qısa müddətdə sülhə gəlmək barədə çağırış yer alıb. Ancaq bir neçə saat keçdikdən sonra  ABŞ rəhbəri "Truth Social" sosial şəbəkə hesabında mətnin fərqli - yenilənmiş variantını paylaşaraq, sözügedən xəbərdarlığın Ukraynaya da aid olduğunu qeyd edib.

Materialda bildirilir: "Kimliyini gizli saxlamağa üstünlük verən NATO rəsmisi vurğulayıb ki, sənədin ilkin versiyası hər iki tərəf arasında rəsmi formada tam razılaşdırılmışdı. Bu fakt isə Trampın mətndəki dəyişiklikləri təkbaşına etdiyini göstərir".

Məqalə müəllifləri vurğulayıblar ki, bu addımı ilə  Ağ Ev rəhbəri müttəfiqləri ilə məsləhətləşmədən müraciətin həm məzmununu, həm də ahəngini dəyişdirib.

visiontv.az