NATO-nun yeni strategiyası: Rusiyaya zərbələr istisna olunmur
04.11.2026

Şimali Atlantika Alyansının rəhbərliyi özünün yeni müdafiə strategiyası çərçivəsində Rusiya Federasiyası ərazisinə hücumların həyata keçirilməsi ehtimalını mümkün hesab edir.

Müvafiq iddia ilə "The Wall Street Journal" (WSJ) nəşri çıxış edib.

Nəşrin məlumatına görə, iyunda NATO çərçivəsində uzaqmənzilli və dərin hərbi zərbələrə həsr olunan xüsusi simpozium keçirilib. Alyansın yeni yanaşması yalnız sərhədi keçməyə cəhd edən hərbi birləşmələrin deyil, Rusiyanın dərinliklərindəki hərbi bazaların, təminat anbarlarının və sənaye müəssisələrinin də hədəfə alınmasını nəzərdə tutur.

visiontv.az