Mümkün qədər diqqətli olmalıyıq - Səhiyyə naziri
Mümkün qədər diqqətli olmalıyıq - Səhiyyə naziri
10.05.2022 MEDİA Tərəfindən

Azərbaycanda xüsusi karantin rejiminin tam aradan qaldırılması məsələsində tələsmək olmaz.

Visiontv.az xəbər verir ki, bu sözlərə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Teymur Musayev deyib.

“Maska rejimi ləğv olunub, indi isə tək-tük məhdudiyyətlər var ki, ÜST-un tövsiyələrinə əsasən, biz də payız aylarında ayıq-sayıq olmalıyıq. Çünki, istənilən halda, koronavirusun yeni ştamları çıxa bilər, bu baxımdan, yeni mutasiyası olub-olmamasını bilmədiyimiz üçün mümkün qədər diqqətli olmalıyıq”, - o deyib.

Orxan Kərimov