Moody’s: Qarabağda yenidənqurma işləri Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək
02.03.2024

"Biz Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,2%-dən 2024-cü ildə 2,1%-ə qədər sürətlənəcəyini gözləyirik".

"APA-Economics" xəbər verir ki, bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, yüksək neft qiymətləri kontekstində dövlət xərclərinin artması qeyri-neft iqtisadiyyatını gücləndirməyə davam edəcək. Bankın öz bizneslərinin böyük hissəsini qurduqları qeyri-neft sektorunun güclənməsi onların kredit portfelinin artmasına, aktivlərin keyfiyyətin və gəlirliliyinə müsbət təsir edəcək."Təbii qaz hasilatı və ixracının həcminin artması və Qarabağda ərazilərin yenidən qurulması üçün daha yüksək xərclər 2024-cü ildə iqtisadi artımı dəstəkləyəcək. Çox güman ki, Ermənistanla geosiyasi gərginlik azalacaq, çünki hər iki ölkə tam sülh müqaviləsi imzalamaq üçün çalışır" - "Moody’s" əlavə edib.

visiontv.az