Mirzoyan albaniyalı həmkarı ilə Azərbaycanla sülhün vacibliyindən danışıb
29.06.2024

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Cənubi Qafqazda sabitliyin təminatı üçün vacibdir”.

Visiontv.az  “aysor.am”a istinadən xəbərinə görə, bunu  Xorvatiyada səfərdə olan Ermənistanın xarici işlər naziri  Ararat Mirzoyan Albaniyadan olan həmkarı İqli Hasani ilə görüşdə bildirib.

O həmçinin İ. Hasanini Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyətlə bağlı məlumatlandırıb.

visiontv.az