Mənim həqiqətlərim: Azərbaycanlı və erməninin sülhə olan münasibəti
Mənim həqiqətlərim: Azərbaycanlı və erməninin sülhə olan münasibəti
09.02.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Tehran rejimi deyir ki, biz ölsək də türkün əlindən su içmərik. Bu sözü Firdovsinin vaxtından deyirlər. Bizə çatmır ki çatmır.

P.S. Ankara neçə müddətdir özünü cırıb-dağıdır ki, İrana dəyməyin, danışıqlara gedin, vasitəçilik edir, ona-buna ağız açır, sonda da qaldı kənarda. Lazımdı sənə itə qurda görə kiməsə ağız açmaq.

***

Ayağa qalxın hakim gəlir!

Hərbi cinayətlərdə ittiham olunan erməni separatçılara v ə terrorçulara hökm oxundu.

***

Sosial mediada Azərbaycan və Ermənistan cəmiyyətinin iki ölkə arasında gedən sülh prosesinə münasibətini oxuyuram, müşahidə edirəm. Hər iki tərəf sülh deyir. Amma baxır kim necə deyir. Azərbaycanlılar əsasən də erməni üçün darıxan köhnə qaqulyalar az qalır qol açıb oynasın. Ermənilər isə hələlik bizə sülh lazımdır məntiqi ilə yanaşır. Yəni bizimkilər yenə son yamaqlı şalvarını erməniyə verməyə hazır vəziyyətdə, amma erməni deyir heç nəyi unutmamısıq, amma indi zəiflik deyə bizə sülh lazımdır.

Sülhə münasibətimizdə fərq budur.

P.S. Prezident İlham Əliyev də hər çıxışında deyir ki, keçmişdə olan müsibətləri unutmayın, gələcəyə baxın amma tarixi də yaddan çıxartmayın.

Amma fikir verirəm bəzilərin yaddaşı balıq yaddaşı qədər də deyil.

***

Bu şərəfsizdən bir status da yazım, ta yazmayacam.

Epsteyin sol liberalizmin aşkara çıxan xırda bir hissəsidir. Əyləncə, kef məclisi qurduqları hissəsi. Epsteyindən daha betər günahkar ona bu şəraiti yaradan ağalardır, qurduqları sistemdir. Aşkar edilən sənədlərdə təcavüz, işgəncə faktları əslində sol liberal sistemin gerçək və daha təhlükəli mahiyyətini gizlətmək üçündür. Yazışmalarda epizodik olsa da qlobal mahiyyət daşıyan, bəşəriyyəti və insanlığı əhatə edən iyrənc planlara daha çox diqqət ayırmaq lazım. Yeni cəmiyyət yaratmaq iddiası bu planların tərkib hissəsidir. Bu sistem orta məktəblərdə uşaqlara cinsini dəyişmək haqqını tanıdı, hormonal iynələr vurub cinsi dəyişməyi qanuniləsdirdi, LGBT-nin iyrəncliyini adi yaşam tərzinə çevirdi. Yeni "insan növü", yeni "din", yeni nizamı bu cür görürlər bunlar. Epsteyin nədir ki? Böyük bir sistemin içində damla.

***

Bura SEPAH-ın hərbi hissəsi deyil. İran Parlamentidir. Gördüyünüz məxluqatlar da guya deputatdırlar. Amma əslində hamısı vaxtilə SEPAH-ın əməkdaşları olub. Bütün İran bu cür idarə olunur. Həm Qanunverici orqan olan Parlament, həm Məhkəmə sistemi, həm icraedici orqan və sair dövlət qurumlarının hamısı bu məxluqatlarla doludur. Və külli-ixtiyar sahibi də bunlardır. Nə istəyirlər edirlər. İki günə 30 min dinc insanları öldürən də bax bunlardır. Buna görə İranda heç nə düzələn deyil. Nə qədər danışıqlar gedir getsin. Bunlar getməsə İranda sakitlik olmayacaq. Elə bizdə də.

Bir futbol, kütlə və mətn şəkili ola bilər

***

İran hərbi katerləri ABŞ gəmisini saxlamağa çalışıb. İran dronları ABŞ təyyarədaşıyan gəmisinə yaxınlaşıb və vurulub.

Bu məlumatlardan belə başa düşmək olar ki, ABŞ İrana yox, İran ABŞ-ə hücum etməyə hazırlaşır. Ona görə bu cür bəhanələr yaradır.

***

Bir az diqqətli olsanız görərsiniz ki, o Epsteyindən Feysbukda nə qədər var. Sadəcə onun qədər imkanları yoxdur deyə öz manyak fikirlərini yalnız sosial mediada yaymaqla rahatlanırlar.

Nə deyirsiniz deyin amma bu sivilizasiyanın sonu çatır.

Şöhrət El-Dəniz

visiontv.az