Kanadanın həm qalmaqallı, həm də ermənipərəst xarici işlər naziri Melani Coli 2016-cı ilin aprelində dördgünlük döyüşlər barədə "X" (keçmiş Tvitter) hesabında paylaşım edib və Ermənistandan gəlib Azərbaycan torpaqlarında gəbərən erməni əsgərləri üçün göz yaşı axıdıb.
Melani Colidən sitat:
"2016-cı ilin aprelində Dağlıq Qarabağda baş vermiş Dördgünlük Müharibənin ildönümündə biz həlak olan insanların xatirəsini yad edirik və Kanadanın sülh və dialoqa sadiqliyini bir daha təsdiqləyirik. Davamlı həll yalnız diplomatiya və beynəlxalq hüquqa hörmət yolu ilə mümkündür".
(sitat bitdi)
Bu xanım peşəkar diplomatdansa daha çox əzbərçi tutuquşuna bənzəyir. "Davamlı həll yalnız diplomatiya və beynəlxalq hüquqa hörmət yolu ilə mümkündür" deyən kanadalı nazir anlaya bilmir ki, onun erməni separatizmini və terrorizmini fəal şəkildə dəstəkləməsi Ermənistanla Azərbaycan arasında münasibətlərin diplomatiya və beynəlxalq hüquqa hörmət yoluyla tənzimlənməsinə mane olur.
Azərbaycan torpaqlarında Azərbaycan xalqına və dövlətinə qarşı döyüşmüş işğalçı erməni quldurlarına yas tutan bu provokator nazirə deyilməlidir ki, Bakı və İrəvanın sənin məkrli tövsiyələrinə ehtiyacı yoxdur.
P.S. Bu qadını keçmiş şefi Castin Trüdonun (Kanadanın sabiq baş naziri) dalınca istefaya göndərmək lazımdır ki, zəhərli tövsiyələri ilə Cənubi Qafqazdakı sülh prosesinə burnunu soxmasın.
Bəybala Mirzəyev
visiontv.az