Mədət Quliyev bu federasiyaya Prezident gəlir
26.11.2021

Bu gün Azərbaycan Velosiped Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.

Visiontv.az “Qafqazinfo”a istinadla xəbər verir ki, müdafiə sənayesi naziri Mədət Quliyev federasiya Prezidentliyinə əsas namizəddir.

Onun bugünkü seçkilərdə federasiya rəhbəri kimi təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Velosiped Federasiyasının son Prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2011-ci ildən 2018-ci ilə qədər Federasiyaya rəhbərlik edib. Artıq 3 ildir ki, sözügedən post boşdur.