Marağada hərbi obyektlərə hücum iddiası
04.03.2026

ABŞ və İsrailin hücumlarının başlanmasından sonra sosial şəbəkələrdə Güney Azərbaycanda, xüsusilə Marağa şəhərində hərbi obyektlərin hədəfə alındığı barədə iddialar yayılıb.

Yerli istifadəçilərin paylaşdıqlarına görə, azı iki nöqtə – Binab–Marağa istiqamətində yerləşən hərbi hissə və şəhərdə SEPAH-a məxsus olduğu bildirilən bir bina – zərbə alıb. Sosial mediada yayılan bəzi görüntülərdə tüstü və partlayış anlarının əks olunduğu iddia edilir.

Eyni zamanda, bölgədə internetin kəsilməsi və elektrik enerjisində genişmiqyaslı problemlərin yaşandığı barədə məlumatlar paylaşılır.

Rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verməyib. Yayılan məlumatların müstəqil şəkildə təsdiqi hələlik mümkün deyil. Bölgədə təhlükəsizlik vəziyyətinin qeyri-müəyyən olduğu bildirilir.

visiontv.az