Küveytdə neft emalı zavoduna dron hücumu olub, yanğın başlayıb
19.03.2026

Küveytdə neft emalı zavoduna dron hücumu olub.

KUNA  agentliyi xəbər verir ki, bu barədə Küveyt  Neft  Korporasiyası məlumat yayıb.

Əl-Əhmadi limanında neft emalı zavoduna PUA zərbəsi nəticəsində yanğın baş verib.

“Əl-Əhmadi neft emalı zavodunun istehsal bölmələrindən birinə pilotsuz uçuş aparatı ilə hücum edilib, nəticədə yanğın baş verib, lakin heç kim xəsarət almayıb”, – korporasiyadan bildirilib.

visiontv.az