Ali Rəhbərin müşaviri: İran müharibədən sonra Hörmüz boğazında yeni rejim tətbiq edəcək
19.03.2026

İran müharibədən sonra Hörmüz boğazında yeni rejim tətbiq edəcək.

“Mehr” xəbər verir ki, bu barədə İran  Ali Rəhbərinin müşaviri və köməkçisi Məhəmməd Muxbir sahibkarlarla görüş zamanı bildirib.

Onun sözlərinə görə, İran bu müharibədən sonra Hörmüz boğazı üçün yeni bir rejim müəyyən etməklə, sanksiyaya məruz qalmış mövqedən bölgədə və dünyada güclü bir mövqeyə yüksələcək.

Muxbir qeyd edib ki, Hörmüz boğazının strateji mövqeyindən istifadə edərək, İran Qərbin gəmiçilik fəaliyyətini məhdudlaşdıra və onların bu su yolundan keçməsinə imkan verməyə bilər.

“Buna görə də bu müharibənin nəticələrindən biri   Hörmüz boğazı üçün yeni rejimin müəyyənləşdirilməsi olmalıdır”, - Muxbir vurğulayıb.

Qeyd edək ki, İranın xarici işlər naziri   Abbas Əraqçi  İranın  ABŞ və İsraillə müharibədən sonra Hörmüz boğazında gəmiçiliyi tənzimləmək üçün yeni qaydalar hazırlamağı planlaşdırdığını bildirib.

visiontv.az