Kursk əməliyyatının nəticələri
16.08.2024

Kursk hərbi əməliyyatı danışıqların balansını dəyişir. Ukraynanın mövqeyini gücləndirir və Putinin mövqeyini və onun ultimatumlarını zəiflədir. Kursk dünyaya Rusiya sərhədlərinin açıqlığını və etibarsızlığını nümayiş etdirir.

Kursk eyni zamanda bütün rus xüsusi xidmət orqanlarının və Müdafiə Nazirliyinin daxili münaqişələrini və daxili çəkişmələrini ifşa etdi. Bir daha “növbəti qırmızı xətlər” və nüvə doktrinası mifini dağıtdı.

Yeni elektron müharibə və dron texnologiyaları Rusiya hava hücumundan müdafiə və raketdən müdafiə sisteminin nailiyyətlərini qabaqlayır.

Kursk Çinə və qlobal Cənub ölkələrinə nümayiş etdirdi ki, Putin həmişə eyham vurduğu kimi, Ukraynanın kapitulyasiyası olmayacaq. Bu o deməkdir ki, Çin danışıqlardan əvvəl Rusiyanın mövqeyinə ciddi təsir göstərə bilər, onların istəklərini aşağı sala bilər.

 Bu əməliyyatların başlaması ilə sülh müzakirəsi qeyri-müəyyən bir vaxta qədər ertələndi.

 Belarusun anidən hərəkətlənməsini Ukrayna üçün ciddi təhlükə hesab etmirəm. Lukaşenko Ukrayna münaqişəsinin bir parçası olmaqdan qaçır. Çünki savaşda tərəf olmaq istəməyən ona loyal olan və müxalif olan qruplar bu məsələdə onu dəstəkləyirlər. Bu dəstəyi itirmək onun marağına ziddir.

 Minsk üçün Çin faktoruda önəmlidir. Çünki yaxın həftələrdə Çin Baş Naziri Li Tsyan Minsk"ə işgüzar səfərə gəlir. Görünür masada Kursk əməliyyatı və Belarusun təmkinli davranması müzakirə edilə bilər. Halhazırda Belarus bu böyük səfərə hazırlıq görür.

 Putin taktiki nüvə silahına əl ata bilərmi..? Kreml "KİV"ləri bu barədə yazsalarda bunun olacağını düşünmürəm. Çinin bu məsələdə mövqeyi ruslara bəllidir.

Bu əməliyyat daxildə cəmiyyəti konsolidasiya etmək, daha çox sərt tədbirlər almaq üçün Putinə imkan yaradacaq. Həmçinin Baş Qərargah rəisi Gerasimov başda olmaqla bir sıra generalların həbsi də mümkündür.

Pərviz Əliyev

visiontv.az