Rusiya Şimali Koreya ilə hərbi əməkdaşlıq mustəvisində bu ölkənin 10 mindən artıq hərbiçilərini Ukrayna ilə müharibəyə cəlb edib. Bununla da Şimali Koreya Ukrayna savaşına cəlb olunub. Artıq Ukrayna prezidenti Volodimir Zelenskidə Ukrayna da xarici vətəndaşlarin orduda hərbi xidmət keçməsi barədə sərəncam imzaladi.
Bununla da Ukrayna da əcnəbi döyüşçülərdən ibarət briqadalar yaradılacaq. ABŞ-da Şimali Koreya hərbiçiləri rəsmən Ukrayna da döyüşə qatılacaqsa, Rusiya ərazisini atəşə tutmaq üçün silahlarından məhdudiyyəti aradan qaldıracağını elan etdi.
Göründüyü kimi, Rusiya -Şimalı Koreya və İran Qərb blokuna qarşı Ukrayna da birgə hərəkət edir. Hazırda hərbi əməliyyatlar Rusiyanın və onun müttəfiqlərinin lehinə işləyir. Bir neçə günə Kursk uğrunda həlledici döyüş başlayacaq. Kursk döyüşü Rusiya -Ukrayna müharibəsində yeni bir mərhələnin başlanğıcı olacaq.
Qərb Rusiyanın Ukraynada qələbəsinə şərait yaradarsa, V. Putin NATO-nu böləcək. Həmçinin Avropa İttifaqını özündən asılı vəziyyətə salacaq. V. Putinin də strateji planı NATO parçalamaq və Şərqi Avropanı nəzarətə götürməkdən ibarətdir. Bundan sonra Çin Tayvanı nəzarətinə aia bilər. Dünyanın bir qütblü yaxud, bir neçə qütbə bölünməsi uğurunda müharibənin episentri məhz Ukraynadır.
Demək olar ki, Qərb dilemma qarşısındadır. Rusiya prezidenti Vladimir Putin ABŞ başda olmaqla, Qərb blokunun təhlükəsizlik arxitekturasına ciddi zərbə vurub. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ əməli hərbi yardımlar göstərməməsindən narahatdır. ABŞ-da seçkilər müharibənin gedişatına mənfi təsir etməkdədir. Avropa ölkələri də Rusiya qarşısında zəiflik nümayiş etdirir. Böyük Britaniya ilə ABŞ arasında fikir ayrılıqları hökm sürdüyünə görə rəsmi London ciddi şəkildə hərbi əməliyyatlarin gedişatına təsir etmir.
Məhəmməd Əsədullazadə
visiontv.az