Koronavirusa qarşı peyvəndin yeni mərhələsinə start verilib
13.05.2022

Rumıniya hökuməti COVID-19-a qarşı kütləvi vaksinasiyanın növbəti mərhələsinin başlandığını elan edib.

Peyvəndin 4-cü dozası 18 yaşdan yuxarı Rumıniya vətəndaşları üçün nəzərdə tutulur.

Rumıniya Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, peyvəndin dördüncü dozası xüsusilə 60 yaşdan yuxarı insanlara tövsiyə olunur.

Qeyd edək ki, rəsmi Buxarest ölkədə əsas karantin məhdudiyyətlərini tamamilə aradan qaldırıb.

Visiontv.az