Körfəzdən Tehrana su ötürülməsi layihəsi təklif olunur
15.11.2025

Azərbaycanda su böhranının narahatlıq doğuran bir mərhələyə çatdığı bir vaxtda körfəzdən Tehrana su ötürülməsi layihəsi təklif olunur.

Günaz TV rəsmi media xəbərlərinə istinadən xəbər verir ki, Prezidentin Dəniz İnkişafı Məsələləri üzrə Nümayəndəsi, uzunluğu min kilometrdən çox olan Körfəzdən Tehrana suyun ötürülməsi üçün nəhəng layihənin yerli mütəxəssislər tərəfindən tamamlandığını açıqlayıb.

Xatırladaq ki, rejim bundan öncə bənzər layihəni İsfahan üçün həyata keçirmişdi.

Qeyd edək ki, Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Həmədan, Qəzvin və Zəncan kimi əyalətlər ciddi su böhranı ilə üz-üzə olsalar da hökumət ölkənin bütün vəsaitlərini yalnız fars bölgələrinin abadlaşdırılmasına sərf edir. Bu azmış kimi ölkənin ən böyük gölü olan Urmu gölü rejimin yarıtmaz əkinçilik, suvarma və infrastruktur siyasətləri nəticəsində tamamilə quruyub. Rejim isə Güney Azərbaycanın yeraltı sərvətlərindəın geniş şəkildə istifadə etsə də burdan əldə edilən gəlirlərin hamısını digər bölgələrə yatırım kimi xərcləyir. Nəticə olaraq bu,İran rejiminin Güney Azərbaycanı öz ölkəsinin bir parçası kimi yox, müstəmləkə ərazisi kimi gördüynü bir daha sübut edir.

visiontv.az