İtaliyalı nazir Ukraynanı Putinlə danışıqlara çağırıb
06.05.2024

“Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar effekt vermədiyi üçün tək çıxış yolu Vladimir Putinlə danışıqlara getməkdir”.

APA-nın  “Reuters“ə istinadən xəbərinə görə, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto deyib.

Onun sözlərinə görə, tərəflər Kreml rəhbəri ilə danışıqların yolunu axtarmalı və bu proses ləngimədən başlamalıdır. Rusiya liderinin müzakirələrə qatılmaqdan imtina etdiyinə gəlincə, o vurğulayıb ki, maraqlı tərəflər səyləri bir qədər də artırmalıdır.

Q. Krozetto ötən ilin yayında Ukraynanın həyata keçirdiyi uğursuz əks-hücum əməliyyatına toxunub. Nazir V. Zelenskini nəticə barədə xəbərdar etdiyini, lakin sonuncunu onu dinləmədiyini bəyan edib.

visiontv.az