Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq - FOTO
18.05.2024

Bir neçə dəqiqədən sonra Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq.

Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.

visiontv.az