İsrail ordusu "Hizbullah"a zərbələr endirdi
15.04.2026

İsrail ordusu Livanın cənubunda əməliyyatları davam etdirir.

Bu barədə İsrail  Müdafiə  Qüvvələri (SAXAL) məlumat yayıb.

"Əməliyyatlar zamanı İsrail qüvvələri ölkənin şimalına yönəldilmiş atıcı qurğular, həmçinin "Hizbullah" təşkilatının yəhudi dövlətinə hücumlar planlaşdırmaq üçün istifadə etdiyi raketlər və digər silahlar aşkar ediblər", - deyə xəbərdə bildirilib.

Xəbərdə qeyd olunur ki, İsrail ordusu koordinasiyalı şəkildə "Hizbullah"ın hərbi infrastrukturlarına zərbələr endirib.

Məlumata görə, SAXAL  "Hizbullah"a qarşı əməliyyatları davam etdirəcək.

visiontv.az