İranın yerli mesajlaşma proqramları təhlükəsizlik standartlarına cavab vermir
22.12.2024

"Open Technology Fund" tərəfindən aparılan araşdırmalar göstərir ki, İranın yerli mesajlaşma proqramları "Rubika", "Bale" və "Eita" istifadəçilərin şəxsi məlumatlarını qorumur və təhlükəsizlik standartlarına cavab vermir.

2023-cü ilin dekabrından 2024-cü ilin oktyabrına qədər aparılan təhlillər bu tətbiqlərin məlumatların sonadək şifrələnməsi (end-to-end encryption) sistemindən istifadə etmədiyini ortaya çıxarıb. Daha da əhəmiyyətlisi, mesajların ötürülməsini idarə edən serverlərin İran hökumətinin nəzarətində olduğu müəyyən edilib ki, bu da mesajların izlənilməsi və oxunması ehtimalını artırır.

Mütəxəssislər, istifadəçilərə bu proqramların təhlükəsizlik zəifliklərini nəzərə almağı və mümkün olduğu halda daha təhlükəsiz alternativlərdən istifadə etməyi tövsiyə edir.

visiontv.az