İranın NPT-dən çıxış planı hazırdır
26.11.2026

İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) çıxmaq planı hazırdır.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi deyib.

"Ölkə bununla bağlı nəticəyə gəldikdə, plan ən qısa müddətdə təsdiqlənəcək",- o bildirib.

Əzizi İrana qarşı yeni hücum olacağı təqdirdə Tehranın reaksiyasının əvvəlkindən daha güclü olacağını söyləyib:

"İranın təhdidlərə cavab vermək üçün heç bir coğrafi məhdudiyyəti yoxdur".

visiontv.az