İranın məktəb kitablarında raketlər, xəritələr və İsrailə hücum səhnələri
01.05.2026

“New York Post” qəzeti yazır ki, İran Donald Trampın mübahisəli şəkillərinin yer aldığı və şagirdlərdən İran raketlərinin İsrailə çatma müddətini hesablamağı tələb edən yeni dərsliklər nəşr edib.

Nəşrin məlumatına görə, “Biz İranımızı Müdafiə Edirik” adlı kitab seriyası ötən il baş vermiş 12 günlük müharibədəki hadisələrdən sonra hazırlanıb. Kitablarda müharibə səhnələri, qrafik təsvirlər və İranın ballistik raketlərinin təqdimatı yer alır.

Bildirilir ki, bu dərsliklər ibtidai, orta və lisey şagirdləri arasında paylanır.

New York Post-un yazdığına görə, dərsliklərdən birində şagirdlərə belə bir tapşırıq verilir: müxtəlif İran raketlərinin adlarını araşdırmaq, onların sürətini yazmaq və xəritəyə əsasən bu raketlərin İsrail şəhərlərinə çatması üçün nə qədər vaxt lazım olduğunu hesablamaq.

visiontv.az