İranın İrəvandakı səfiri: "İran Ermənistanı enerji ilə təmin edə bilər"
05.04.2025

Bugün İran səfiri Mehdi Sübhani İrəvanda baş tutan "Ayk-İran – artıq İrəvanda min illik qonşuluq" adlı tədbirin açılışında deyib:

"Sünikdəki bütün proseslər İranla çox sıx bağlıdır. Geosiyasətdəki bütün dəyişikliklər bizə təsir edə bilər. Bu bölgənin bizimlə 46 km-lik ən kiçik sərhədi olsa da, çox önəmlidir. Biz heç vaxt Ermənistandan təhlükə hiss etməmişik. Bizim iqtisadiyyatlarımız bir-birinə bağlıdır. Biz bir-birimizi çox yaxşı tanıyırıq. Biz Ermənistanı cənubla, Hindistanla, Fars körfəzi ilə birləşdirə bilərik. Ermənistan isə bizi şimala - Qara dənizə çıxara bilər. Ermənistan Şimal-Cənub dəhlizinin bir halqasıdır. İranın köməyi ilə Ermənistan Orta Asiya və Türkmənistanla əlaqə yarada bilər. Hətta İraqla belə, niyə də olmasın. Biz Ermənistanı enerji ilə təmin edə bilərik. Biz Ermənistana qaz veririk, həcmləri artırmağa çalışırıq".

visiontv.az